Yığmamızın futbolçuları yenə “Zimbru”ya dəvət olundu
04.06.2010 - 15:38
Yığmamızın futbolçuları yenə “Zimbru”ya dəvət olundu
Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının (U-17) Moldovada iştirak edəcəyi ənənəvi beynəlxalq turnirdə oyunlarının yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Oliver Pelzerin baş məşqçisi olduğu komandamız əvvəl nəzərdə tutulduğu kimi Orqeyev şəhərində yox, paytaxtda Kişinyovda meydana çıxacaq. Komandamız oyunlarını “Zimbru”nun bazasında keçirəcək. 21 yaşlılardan ibarət yığmamız moldovalı həmyaşıdları ilə yaxında yoldaşlıq görüşünü (2:4) orada keçirmişdi.

Qeyd edək ki, ötən il turnirdə 2-ci yeri tutan Azərbaycanın U-17-si Belarusla iyunun 8-də (Bakı vaxtilə saat 12:30-da), Moldova ilə 10-da (20:00), Rumıniya ilə 12-də (13:30) görüşəcək.