“Xəzər-Lənkəran”: Avropa Liqasına yürüş başladı
07.06.2010 - 09:33
“Xəzər-Lənkəran” klubu bu gündən yeni mövsümün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Azərbaycanı təmsil edəcək cənub təmsilçisi baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında bu gün və sabah tibbi müayinədən keçəcəklər. Ardından fiziki testlər verəcək futbolçular 3 gündən sonra səfərə yollanacaq. İyunun 12-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək "Xəzər-Lənkəran"ın hazırlığı 15 gün davam edəcək.
Qeyd edək ki, lənkəranlılar yeni mövsümün hazırlıqlarına başlayan ikinci komandamızdır. Bunadək “Qarabağ”da yeni mövsümə hazırlıq məqsədilə bir araya gəlib. Bu da hər iki komandanın avrokuboklara birinci təsnifat mərhələsindən başlaması ilə bağlıdır.

0
0