“Rubin” və “Zenit”in futbolçuları Azərbaycan yığmasında
08.06.2010 - 09:35
Moldovada təşkil olunan beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası səfərə 3 legionerlə yollanıb. Apasport.az saytının məlumatına görə, Oliver Pelzerin sərəncamında karyerasını Rusiya və Moldovada davam etdirən istedadlar da yer alıb.
Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən Tural Hümbətov və “Rubin”in üzvü Əsgər Nəcəfəliyev yığmamıza şimal qonşularımızın çempionatından cəlb olunub. Moldovadakı turnirdə bu ölkənin “Daçiya” klubunun üzvü Elnur İsmayılov da çıxış edəcək.
Pelzerin dəvət göndərdiyi digər 15 futbolçuya gəlincə, “Neftçi” hamıdan çox - 7 oyunçu ilə təmsil olunub. Tural Məmmədli, Emil Balayev, Cavid Muxtarzadə, Məqsəd İsayev, Aslan Hüseynov, Taleh Kərimov, Samir Rüstəmli. “Bakı” (Mahir İbrahimov, Mətin Əbilsoy) və “İnter”in (Rəşad Əzizov, Elşən Abdullayev) 2 üzvünün yer aldığı komandada "Turan" (Elmixan Məmmədov), "Zəngəzur" (Elmar Bağırov), "Standard" (Samir İbrahimov) və "Simurq" (Oruc Balaşlı) da təmsil olunub.
Qeyd edək ki, yığmamız ilk oyununu bu gün Belarus millisinə qarşı keçirəcək.

0
0