“Xəzər-Lənkəran”ın məşqçisi məni oyun bitməmiş bəyəndi“
08.06.2010 - 09:59
“Belarusa gəlişimdə ukraynalı seleksiyaçı Yuri Panfilovun rolu oldu. İndi seleksiya fəaliyyəti ilə məşğul olmayan Panfilov Azərbaycanın “Xəzər-Lənkəran” klubunun əvəzedici komandası ilə işləyir. O, ölkəmizə gələnə kimi üç il Portuqaliyada yaşayıb, oranın dilini yaxşı mənimsəyib. Bundan sonra üç ili isə Braziliyada keçirib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri son illərdə Belarusun dəyişməz çempionu olan BATE klubunun braziliyalı futbolçusu Renan Bressan deyib.
Bu ilin qışında Borisov təmsilçisinə transfer olunan legioner artıq iki titula – Belarus kuboku və Superkubokunu qazanıb. Bu ölkəyə gəlişini xatırlayan Renan ötən yaydan “Xəzər-Lənkəran” klubunda çalışan ukraynalı mütəxəssis Yuri Panfilova minnətdarlıq edir: “Yuri San-Pauludan olan “Unian Barbarense” klubunu alan agentliklə əməkdaşlıq edirdi. O, bizim şəhərdə ikigünlük məşqlər təşkil edir. Birinci gün mən gəlmədim. İkinci gün Tubaranın komandası ilə mənim daxil olduğum, seçilən yeniyetmə futbolçulardan ibarət kollektiv arasında oyun planlaşdırılmışdı. Sonradan mənə məlum oldu ki, Panfilov hələ oyun başa çatmamış mənə göz qoymuşdu. Görüşdən sonra mənə onunla birgə Ukraynaya getməyi təklif etdi. Ukraynada ilk klubum Lvovun “Karpatı”sı olsa da, orada heç məşq etmədim. Fikirləşirdim ki, dərhal müqaviləyə gəlmişəm, ancaq hansısa problem yarandı. Rusca heç nə anlamırdım. Panfilov da nə baş verdiyini əməli-başlı izah edə bilmirdi. Görünür, hansısa maliyyə anlaşılmazlığı yaranmışdı”.
Bressanın sözlərinə görə, Belarusdan Ukraynaya qayıdan zamanı yenidən “Xəzər-Lənkəran”ın çalışdırıcısı ilə yolları kəsişib: “Ukraynada bu dəfə məni Kiyev “Dinamo”sunun əvəzedici komandası gözləyirdi. Onun əsas komandası ilə iki həftə təlim-məşq toplanışında olsam da, onlara uyğun gəlmədim. Onda Panfilov Belarusa “Qomel”in baş məşqçisinə zəng etdi. Bu dəfə bütün məsələlər çox tez həll olundu və Türkiyədə mövsümə hazırlıq zamanı müqavilə imzaladım. Belarus haqda yalnız soyuq olduğunu bilirdim. Ancaq seleksiyaçıya tam etibar etdiyim üçün ora getməyə qorxmurdum. Valideynlərim Panfilovla tanış oldu. Onlar əmin idi ki, yanında bu şəxs varsa, heç bir pis şey baş verməyəcək”.

0
0