“Jerminal”ın baş məşqçisi Vaqif Cavadovla çalışacaq
08.06.2010 - 10:30
“Jerminal”ın baş məşqçisi Vaqif Cavadovla çalışacaq
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubunun yeni məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl Enshede təmsilçisinin baş məşqçisi təyin olunan belçikalı Mişel Pryudom köməkçisi postuna həmyerlisini gətirib.

“Tvente”də bu vəzifəni icra edəcək Yos Daerden ilə üç illik müqavilə bağlanıb. Baş məşqçi ilə hələ “Standard”da oynadığı vaxtlardan tanış olan 56 yaşlı mütəxəssis vaxtilə Belçika yığmasında 5 oyun keçirib. Karyerası ərzində “Beerskot” və “Roda”da da oynamış Daerden 1991-ci ildə “Jerminal”da futbolçu karyerasını bitirib. O, vətənində “Beveren”, “Lommel”, “Standard”, “Lyers”, “Mons”, “Beerskot”, “Jerminal”, Hollandiyada “Eyndhoven”, Ukraynada “Metallurq”un (Donetsk) baş məşqçisi olub.