“Milli komandaya qayıtmaq perspektivim var”
09.06.2010 - 14:55
“Mətbuatda gündə bir komandaya keçdiyim yazılır. Mən nə "Muğan", nə də bir başqa klubla danışıq aparmışam". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubunun sabiq futbolçusu Emin Quliyev deyib.
Quliyev hər hansı bir klubun onunla maraqlanmadığını bildirib: “Hələ ortada real heç nə yoxdur. Danışıqlar aparsam, bunu hamı bilər. Amma dəvət edib, söhbət eləmirlər. Səbəbin bilmirəm. Bunu yalnız Allah bilər”.
Emin perspektivinin qaldığını düşünür: “Futboldan getmək istəmirəm. Əgər bir normal klubda oynasam, mənim yığma komandaya qayıtmaq perspektivim var. Dediyim kimi, bunun üçün ilk növbədə klubda oynamaq, oyun praktikasını lazımi vəziyyətə gətirmək lazımdır”.
Qeyd edək ki, Emin ötən ilin yazında sabiq baş məşqçi İqor Ponomaryov tərəfindən "Xəzər-Lənkəran”ın heyətindən uzaqlaşdırılıb.

0
0