Vinfred Şafer 6-cı oldu
11.06.2010 - 09:31
Almaniyalı mütəxəssis Vinfred Şafer “Bakı” klubunun tarixinə 6-cı baş məşqçi kimi düşüb. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin yayından bu ad altında çıxış edən paytaxtın eyni adlı təmsilçisini almaniyalıya qədər 5 baş məşqçi çalışdırıb.
Şaferin sələflərindən Elxan Abdullayev (iyun-avqust 2004) 1, Əsgər Abdullayev (avqust 2004 – aprel 2006) 63, Böyükağa Hacıyev (aprel 2006 – sentyabr 2007) 50, Qyoko Hacıyevski (sentyabr 2007 – sentyabr 2009) 69, Bülənt Korkmaz (sentyabr 2009 – mart 2010) 27 oyunda “Bakı”nın “sükanı arxasında” olub.
Baş məşqçi kimi qeydiyyatdan keçən bu 5 mütəxəssisdən başqa Novruz Əzimov (avqust 2004) 1, Nazim Süleymanovla Asif Əliyev cütlüyü (sentyabr 2009) 1, Məqsəd Yaqubəliyev (mart 2010) 1, Cüneyt Biçər (aprel-may) 10 qarşılaşmada bu funksiyanı yerinə yetirib. Sonuncu Azərbaycan kubokunun qalibi olsa da, klubda baş məşqçi deyil, baş məşqçi vəzifələrini icra edən olub.
Əgər bu əvəzləyiciləri də nəzərə alsaq, Şafer yeni klubunun tarixinə 10-cu mütəxəssis və bu vəzifədə çalışacaq ilk almaniyalı kimi tarixə düşəcək. Ümumilikdə isə Şafer “Bakı”nı meydana çıxaracaq 4-cü əcnəbi olacaq. Ona qədər makedoniyalı Hacıyevski və türkiyəlilər Korkmazla Biçərə də bu nəsib olub.
Qeyd edək ki, Şaferin “Bakı”da çalışacağı ilə bağlı xəbəri Azərbaycanda ilk dəfə apasport.az saytı yayıb.

0
0