Maradona Peleni ələ saldı
13.06.2010 - 13:27
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona canlı futbol əfsanəsi Pelenin son müsahibəsindən çox narazı qalıb. Apasport.az saytının xəbərinə görə, Pele Braziliya yığmasının qələbəyə ən potensial namizəd olduğunu, Argentinanı isə favorit bilmədiyini söyləyib.
"Onun Argentina yığması barədə dedikləri gülməlidir, mən bu adama fikir vermirəm. Pelenin hansı turnirlə bağlı nə kimi proqnozu düz çıxıb ki, indi də onun sözlərini ciddi qəbul edəsən? Pelenin çağdaş futbolla bağlı anlayışları çox zəif və qeyri-adekvatdı” – deyə Maradona bildirib.

0
0