“Foqts yığmada çalışmağımı istəsə, canla-başla razı olaram”
16.06.2010 - 23:33
Azərbaycan milli komandasının sabiq futbolçusu, seleksiyaçı məşqçi Vəli Qasımovun apasport.az saytına müsahibəsi
- Hazırda nə işlə məşğul olursunuz?
- Əvvəlki işimi davam etdirirəm. AFFA-da seleksiyaçı məşqçi kimi fəaliyyət göstərirəm. Oyunlar olduqca, izləyirəm.
- Siz, yığmanın ötən ay Bakıda keçirilən təlim-məşq toplanışı zamanı millinin baş məşqçisi Berti Foqtsa kömək edirdiniz. Bu proses davam edəcək?
- Bilmirəm, bunu zaman göstərəcək. Yığmanın Bakıdakı 4 günlük toplanışı zamanı baş məşqçiyə kömək etdim. Həmin vaxt onun köməkçiləri burada yox idi. Foqts özü ona kömək etməyimi istədi. Sonrası necə olacaq, deyə bilmərəm. Artıq bu məsələ ondan asılıdır.
- Hətta sizin baş məşqçinin köməkçisi təyin olunacağınız gözlənilirdi. Bu reallaşacaqmı?
- Yenə deyirəm, buna baş məşqçi qərar verəcək. O məndən kömək etməyimi istədi. Mən də məmnuniyyətlə ona kömək etdim. Əgər Berti Foqts köməkçi məşqçi kimi yığmada çalışmağımı istəsə, canla-başla razı olaram.
- Bəs almaniyalı mütəxəssisin sizin haqqınızda düşüncələri necə oldu?
- Söhbətimiz oldu. Məşq prosesi haqqında danışdıq. O, razı qaldığını bildirdi. Növbəti görüşümüzdə bu haqda yenə danışacağıq.
- Mövsüm bitib və bəzi klublar baş məşqçi axtarışını davam etdirir. Sizə dəvət göndərən olubmu?
- Hələ yox. Sakitçilikdir. Dəvət edən yoxdur. Təbii ki, təklif olsa, düşünməyə dəyər. Ancaq fəaliyyətimi AFFA-da davam etdirirəm.
- Fasilədir və siz Bakıdasınız. Ailəniz də burdadır?
- Uşaqlar İspaniyadadır. Ancaq ailəm burdadır. Artıq Azərbaycana köçmüşük. İşim də aşağı yaşlı uşaqlar arasında təşkil edilən turnirlərdən tutmuş, U-21-in oyunçularına qədər hamısını izləməkdir.
- Əvvəl İspaniyada çalışırdınız. Yenidən ora qayıtmaq perspektiviniz varmı?
- Əvvəllər İspaniyada yaşayırdım, ona görə də orada çalışırdım. İndi bura köçmüşəm. Hələlik geri dönmək haqqında düşünmürəm.
TAHİR

0
0