Azərbaycan çempionu üçün kor püşk
21.06.2010 - 14:20
Azərbaycan çempionu üçün kor püşk
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında avrokubokların 2010/11-ci il mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da daha nüfuzlu klub turniri sayılan Çempionlar Liqasını püşkatma mərasimi başlayıb.

Təxminən 20 dəqiqə davam edən mərasimdə mübarizəyə ilk iki təsnifat mərhələsində başlayan 36 komandanın rəqibi məlum olub. Əvvəl qitənin 4 ən zəif çempionu iki cütü təşkil ediblər.

Birinci təsnifat mərhələsi (29/30 iyun – 6/7 iyul)

“Tre Fiori” (San-Marino) - “Rudar” (Çernoqoriya)
“Santa Koloma” (Andorra) - “Birkirkara” (Malta)


Sonra isə bu 2 cüt və 32 klub ikinci təsnifat mərhələsinin duellərinə aydınlıq gətiriblər. Bu mötəbər yarışda Azərbaycanı təmsil edən son ölkə çempionu “İnter” də məhz “32-lər” arasında yer alıb. Püşkatma zamanı I qrupda yer alan “İnter”in potensial rəqibləri “Sparta” (Çexiya), “Partizan” (Serbiya), “Lex” (Polşa), “Debretsen” (Macarıstan) və “Aktobe” (Qazaxıstan) olub. Çempiona qarşı amansız olan püşk Polşanın ən güclü klubunu bakılılarla üz-üzə qoyub.

Qeyd edək ki, 2010/11 mövsümündə Çempionlar Liqasının finalı gələn il mayın 28-də Londonun məşhur “Uembli” stadionunda keçiriləcək.

İkinci təsnifat mərhələsi (13/14 – 20/21 iyul)

“Metallurq” (Liepaya, Latviya) - “Sparta” (Çexiya)
“Aktobe” (Qazaxıstan) - “Olimpi” (Gürcüstan)
“Levadiya” (Estoniya) - “Debretsen” (Macarıstan)
“Partizan” (Serbiya) - “Pünik” (Ermənistan)
“İNTER” (AZƏRBAYCAN) - “Lex” (Polşa)
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Koper” (Sloveniya)
“Liteks” (Bolqarıstan) - “Tre Fiori” (San-Marino) - “Rudar” (Çernoqoriya) cütünün qalibi ilə
“Santa Koloma” (Andorra) - “Birkirkara” (Malta) cütünün qalibi - “Jilina” (Slovakiya)
“Şerif” (Moldova) - “Dinamo” (Tirana, Albaniya)
“Hapoel” (Təl-Əviv, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina)
“Omoniya” (Kipr) - “Renova” (Makedoniya)
“Austriya” (Zalsburq, Avstriya) - “Torshavn” (Farer adaları)
“Bohemians” (İrandiya) - TNS (Uels)
BATE (Belarus) - “Hafnarfyordur” (İslandiya)
AİK (İsveç) - “Jeness” (Lüksemburq)
“Linfild” (Şimali İrlandiya) - “Rusenborq” (Norveç)
“Ekranas” (Litva) - HİK (Finlandiya)