Elvin Əliyev: Mənim mövqeyimdə başqa futbolçu oynayacaq
21.06.2010 - 12:14
“Məşqlərdə iştirak etmirəm. Ciddi zədəm var. Hazırda komandanın həkimlərinin nəzarəti altında müalicəmi davam etdirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Elvin Əliyev deyib.
Mövsümün sonunda paytaxt klubu ilə müqaviləsi başa çatan, lakin sonradan daha 1 il müddətinə anlaşma imzalayan Elvin Əliyev zədələndiyi anı xatırlamır. Futbolçu bunun səbəbini belə izah edib: “Bu zədəni hansı oyunda olduğum yadımda deyil. Son 4-5 oyuna ağrıkəsiçi iynə ilə çıxırdım. Son oyunda isə biri kömək etmədi, həkim ikinci iynəni vurdu. Sonradan müayinə olundum və məlum oldu ki, ayağımda çat əmələ gəlib”.
Təbii ki, Avropa Liqasının və yeni mövsümün hazırlığı ərəfəsində müdafiəçinin bu cür hala üzləşməsi heç də yaxşı hal deyil. Yeni baş məşqçiyə hələ özünü göstərə bilməyən Əliyev yerini itirəcəyindən çəkinmir: “Əlbəttə, mənim mövqeyimdə başqası çıxış edəcək. Çünki mən ən yaxşı halda, 1 aydan sonra məşqlərə başlayacağam. Formamı bərpa etdikdən sonra çalışacağam ki, əsas heyətdəki yerimi geri qaytarım”.

0
0