Rinat Dasayev AFFA İcraiyyə Komitəsinin üzvünü təbrik etdi
21.06.2010 - 12:25
Rinat Dasayev AFFA İcraiyyə Komitəsinin üzvünü təbrik etdi
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ələkbər Məmmədov Rusiyada təntənəli şəkildə təbrik olunub. Apasport.az saytının məlumatına görə, 80 illik yubileyini qeyd edən AFFA-nın İcraiyyə Komitəsinin üzvü Moskvada təşkil olunan futbol bayramında diqqət mərkəzinə düşüb.

Məsələ ondadır ki, bu il SSRİ yığmasının Avropa çempionu olmasının 50 illiyidir. 1960-cı ildən keçirilən Avropa çempionunun ilk qalibi həmin vaxt Məmmədovun heyətinə cəlb olunan SSRİ olub. Yubiley tədbirləri çərçivəsində sovet futbolunun veteranları üç yoldaşlıq görüşü keçirib və hamısında qələbə qazanıb. Qol vuran futbolçular arasında həmyerlimiz, uzun illər Moskva “Spartak”ında və Rusiya yığmasında oynamış veteran müdafiəçi Ramiz Məmmədov olub. Ramizlə yanaşı, Rinat Dasayev, Dmitri Ananko, Fyodr Çerenkov, Valeri Şmarov, Valeri Keçinov, Yuri Kovtun, Axrik Sveyba kimi tanınmış futbolçular Məmmədov də daxil olmaqla, yığmanın 1960-cı ildəki futbolçularına təbriklərini ünvanlayıb.