“Baxışdan keçməyimə ehtiyac yoxdur”
21.06.2010 - 12:45
Növbəti mövsümdən Türkiyənin Bank Asiya Liqasında mübarizə aparan “Altay” klubunun formasını geyinəcək 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəhman Hacıyevin apasport.az saytına müsahibəsi
- “Altay”a keçidiniz necə baş tutdu?
- Bülənt Korkmazın istefasından sonra “Bakı”nın baş məşqçi postuna gətirilən Cüneyt Biçər mənə çox güvəndi. Onun və digər məşqçilərin sayəsində özümə inamım artdı. Cüneyt bəy Azərbaycandan gedəndən sonra “Altay”ın məşqçisi təyin olundu. Sonra zəng vurub, məni komandasında görmək istədiyini bildirdi.
- Bu təklifi ilk dəfə kiminlə bölüşdünüz?
- Futbolçu kimi ən böyük arzum Avropada oynamaq olsa da, Türkiyədən gələn təklifi geri çevirmək istəmədim. “Bakı” rəhbərliyi mənə dedi ki, sənin ölkə xaricində oynamağını istəyirik.
- Yeni komanda ilə münasibətlər nə vaxt rəsmiləşəcək?
- Hazırda “Bakı”nın bazasındayam. Özümü burada rahat hiss edirəm. Dəvət eşqi ilə yaşamıram. Məşqlərimi həmişəki qaydada davam etdirirəm. İnşallah, sabah səhər saatlarında Türkiyəyə yola düşəcəyəm. 2-3 gün sonra isə rəsmi müqaviləyə qol çəkəcəyəm.
- Baxışdan keçəcəksiniz?
- Cüneyt bəy mənim nəyə qadir olduğumu yaxşı bilir. O, barəmdə “Altay”ın digər çalışdırıcılarına da danışıb. Biçər Bakıdan gedəndə mənim disklərimi də aparıb. Onlar oyunumu birgə izləyib, qərar çıxarıblar. Odur ki, Türkiyədə baxışdan keçməyimə ehtiyac yoxdur. İnanıram ki, işlərim yolunda gedəcək.
- Bildiyimizə görə, “Bakı” ilə müqavilənizin müddəti hələ başa çatmayıb. Belə olan halda, “Altay” "Bakı"ya müəyyən kompensasiya ödəməlidir. Danışıqların gedişindən xəbərdarsınızmı?
- Mən “Bakı” ilə üç illik müqavilə imzalamışdım. Artıq bunun ikisi geridə qalıb. Hələ 1 il də “Bakı”ya məxsusam. Düzü, komandalar arasındakı danışıqdan xəbərdar deyiləm. Sadəcə, Türkiyə klubu ilə altı aylıq müqaviləyə imza atacağımı bilirəm.
- Bəs niyə belə az?
- Düşünüb-daşındıqdan sonra belə qərar verdik.
- “Altay” hazırda Bank Asiya Liqasında çıxış edir. Əgər komanda Superliqaya yüksələrsə, Azərbaycana qayıdacaqsınız?
- Biz rəsmi müqaviləyə hələ 3-4 gündən sonra imza atacağıq. Fikrimcə, belə bir şəraitdə gələcəklə bağlı konkret fikir bildirmək olduqca çətindir. İndi əsas məqsədim müqavilə bağladıqdan sonra komandanın əsas heyətində möhkəmlənmək və Azərbaycan futbolunu Türkiyədə layiqincə təmsil etməkdir. Əgər “Altay” Superliqaya çıxarsa, qalmaq barədə düşünmək olar. İddialı komandanın heyətində yer almaq yaxşı haldır.
- “Bakı”dakı qazancınızın miqdarı yaşınıza uyğun idi. Maraqlıdır, “Altay”da bu qazanc sizin üçün fantastik məbləğə çatacaqmı?
- “Bakı”da rəhbərlik futbolçuların rahatlığı üçün hər cür şərait yaradıb. Biz müasir bazada qalıb, Avropa standartlarına cavab verən arenalarda məşq edirdik. Əlbəttə ki, “Altay”la maliyyə şərtləri də razılaşdırılıb. Amma məbləğ barədə geniş danışmaq istəmirəm. Hər halda, yaxşı oynayan futbolçuya hər yerdə yaxşı baxırlar.
- Ümumiyyətlə, “Altay”a keçidinizdə maliyyə məsələsi hansı dərəcədə rol oyandı?
- Səmimi deyirəm, indiki vəziyyətdə mənim üçün maliyyə məsələsi ciddi önəm kəsb etmir. İndi pul deyil, futbol oynamaq, yüksək səviyyəyə çatmaq haqda düşünürəm. İnanıram ki, seçimimdə yanılmamışam. Əgər, pul amilini ön planda tutsaq, futbol oynamaq yaddan çıxar. Türkiyədə daha məsuliyyətlə davranmalıyam. Çünki orada tək öz adımdan deyil, bütün Azərbaycan xalqı adından çıxış edəcəyəm. Millət təmsilçisi olmaqdan qürurlu heç nə yoxdur.
- Gənc futbolçuların qarşılarına belə şans çıxanda yollarını azırlar...
- Hər şey insanın özündən asılıdır. İnkişaf etdikcə yolunu azanın axırı yoxdur. Ümumiyyətlə, hər zaman özün kimi qalmalısan. Məndə özündən razılıq, dikbaşlıq kimi xasiyyət yoxdur. İnanıram ki, futbolda və həyatda xasiyyətimi dəyişməyəcəyəm.
- “Altay”a keçidiniz Azərbaycanda əks-səda doğurub. Bu hadisədən sonra milli komandamızın baş məşqçisi Berti Foqts sizə etimad göstərərmi?
- Berti Foqts dünya futbolunda izi olan bir adamdır. Onun etimadını qazanmaq üçün çalışmalıyam. Hazırda aşağı yaş qrupları üzrə milli komandalara çağırılıram. Yəqin ki, bunun məntiqi ardıcıllığı kimi, əsas millinin formasını geyinərəm.

0
0