“Neftçi” uduzdu
21.06.2010 - 14:36
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri qüvvəsini “Neftçi”nin əvəzedici heyəti ilə görüşdə sınayıb. Millinin Sumqayıt şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan oyunda yığmamız 4:2 hesabı ilə qalib gəlib. Komandanın heyətində qolları Elnur Abdulov, Murad Səttarlı, Nurlan Novruzov və Cavid Tağıyev vurublar.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0