Polşanın “Lex” klubu yeni rekorda imza atdı!
21.06.2010 - 14:40
Polşanın “Lex” klubu yeni rekorda imza atdı!
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşacaq Polşanın “Lex” klubu yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi Azərbaycan komandaları ilə 3 dəfə qarşılaşan ilk klub kimi tarixə düşüb.

Belə ki, Polşa çempionu artıq iki dəfə komandalarımızla görüşüb. Maraqlıdır ki, “Lex” indiyə qədər keçirdiyi oyunların heç birində təmsilçilərimizə xal verməyib.

Bu matçlarda 4 qələbə qazanan polşalılar 9, bizimkilər 2 qol vurublar. Komandalarımızın heyətində Yuri Muzika və Zaur Ramazanov fərqləniblər.

İntertoto kuboku
19.06.2005 “Karvan” – “Lex” – 1:2
25.06.2005 “Lex” – “Karvan” – 2:0

UEFA kuboku
17.07.2008 “Xəzər-Lənkəran” – “Lex” – 0:1
31.07.2008 “Lex” - “Xəzər-Lənkəran” – 4:1


Qeyd edək ki, Sloveniyanın “HİT Qoritsa”, Slovakiyanın “Spartak” və Çexiyanın “Slaviya” klubları da indiyədək “Lex” kimi iki dəfə komandalarımıza rəqib olub. Lakin Polşa təmsilçisi üçüncü dəfə buna nail olmaqla yeni rekord müəyyənləşdirib.