Saşa Yunisoğlunun məşqçisi Bakıya gəlir
21.06.2010 - 14:52
Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunu Polşaya aparan Yatsek Zelinski yenidən Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşacaq “Lex”in (Polşa) 49 yaşlı çalışdırıcısı artıq ikinci dəfə rəqib kimi ölkəmizdə olacaq.
Onun Azərbaycana ilk gəlişi uğurlu və məhsuldar olmuşdu. Əvvəllər “Qrotslin” klubunu çalışdıran Zelinski 2007/08 mövsümündə “MKT-Araz”la qarşılaşmaq üçün ölkəmizə qonaq gəlmişdi. Bakıda heç-heçədən (0:0) sonra Polşada 1:0 hesabı ilə qalib gələn Zelinskinin yetirmələri bununla da İmişli klubu üçün “qəbirqazan” olmuşdu.
Belə ki, məhz bu məğlubiyyətdən sonra “MKT-Araz” tarixin yaddaşına köçmüş, yalnız müəyyən fasilədən sonra yarım həvəskar səviyyədə bərpa olunmuşdu. Lakin Zelinski həmin görüşlərdə xoş təsir bağışlayan Yunisoğlunu “Qrotslin”ə transfer etmişdi. Saşa da məhz onun rəhbərliyi altında Polşa çempionatının bürünc mükafatını qazanmışdı. Ötən yay “Lex”ə keçən mütəxəssis yeni klubu ilə çempion olmağı da bacarıb.

0
0