“İnter”in futbolçusu “Lex”i daha şanslı sayır
21.06.2010 - 15:05
Bakının “İnter” klubunun və Azərbaycan yığmasının futbolçusu Vladimir Levinin apasport.az saytına müsahibəsi
- Artıq Çempionlar Liqasının püşkü atılıb. Polşanın “Lex” klubu sizə rəqib oldu. Təəssüratlarınızı bilmək maraqlıdır...
- Püşk bizə asan komanda salmadı. Fikrimcə, güclü rəqiblə düşmüşük. Bizi “Lex”lə ağır oyunlar gözləyir. Ancaq indidən əlimizi yana salmamalıyıq. Məncə, “Lex”lə oynamaq olar. Əsas yaxşı hazırlamaqdır. Buna nail olsaq, çətin olmayacaq.
- Sizcə, “Lex”i nəyin hesabına keçə bilərsiniz?
- Komanda oyunu hesabına. Bundan əlavə, Bakıda havaların isti keçməsini nəzərə almaq lazımdır. Bu isə fiziki hazırlığın yüksək olmasına dəlalət edir. Çünki belə istidə oynamaq ağırdır və hazırkı iqlim şəraitində dözümlülükdən çox asılı olacaq.
- Hesab edirsiniz ki, rəqibə belə istidə daha çətin olacaq və bundan yararlanmaq lazımdır?
- Hesab etmirəm ki, “Lex”ə istidə daha çətin olacaq. Hava şəraiti hər iki komanda üçün eynidir. Çünki hər ikimiz belə istidə oynamalıyıq. Fikrimcə, hava nəticə baxımından böyük rol oynamayacaq.
- İlk oyunu Bakıda keçirəcəksiniz. Bəs bu amil rol oynayacaq?
- Mən heç vaxt buna böyük önəm vermirəm. Çünki onsuz həm evdə, həm də səfərdə oynamalısan. Fikrimcə, ilk görüşü harada oynamağın elə də fərqi yoxdur.
- Polşa klubları avrokuboklarda Azərbaycan komandalarını məğlub etdiyindən, arzuolunmaz rəqib sayılır. “Lex” isə iki il öncə UEFA kubokunda “Xəzər-Lənkəran”ı yenmişdi...
- Həmin oyunlar yadımdadır. Bakıda 1:0, Polşada 4:1 hesablı qələbə qazanmışdılar. Polşa çempionatı güclüdür. Avropada yaxşı çempionatlardan sayılır. Çempionatlar arasında səviyyə fərqi öz sözünü deyir.
- Fikirlərinizdən belə nəticə çıxarmaq olar ki, “Lex”i mərhələ keçməyə daha şanslı sayırsınız?
- Şansları konkret dəyərləndirmək istəməzdim. Ancaq “Lex”in şansının daha çox olduğunu düşünürəm. Ancaq istənilən halda, hər şeyi oyun göstərəcək. Hazırlıqdan və rəqib haqda informasiya toplamaqdan çox şey asılıdır. Hər halda, məşqçilər korpusu bunun üzərində çalışıb, bizə lazımı məlumat verəcəklər.
- Necə hesab edirsiniz, “İnter” mövsüm bitəndən sonra güclənib, yoxsa zəifləyib?
- İndidən qəti fikir yürütmək olmaz. Bunu oyunlar göstərəcək. Hazırlıq yeni başlayıb. Mövsüm bitəndən sonra komandamızdan xeyli futbolçu gedib. Ancaq gələnlər də var ki, bunlar da yerli futbolçulardır. Düzdür, vaxt az olsa da, bundan maksimum yararlanmaq lazımdır.
- Bildiyimizə görə, 2004-cü ildən şərəfini qoruduğunuz “İnter”də qalacaqsınız...
- Bəli. Klubla hələ bir illik də müqaviləm var.
- Sizə, bir sıra legionerlərin hazırlığa gec qatılmağı mənfi təsir göstərməyəcək?
- Məncə, yox. Çünki biz mövsüm bitəndən sonra yığmada hazırlaşmış, oyunlar keçirmişik. İndi bizə 1-2 həftə vaxt lazımdır ki, komanda ritminə girək.
Mehman SÜLEYMANOV

0
0