Qurban Qurbanov: Andorra klubu ilə oynamaq daha asan olardı
21.06.2010 - 16:11
“Özümüzü istənilən rəqibə qarşı hazırlamışdıq. Avrokuboklarda çıxış edən komandalar öz ölkələrində fərqlənərək, bura düşüblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
38 yaşlı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatmasına münasibət bildirərək, Makedoniyanın “Metallurq” klubuna tam bələd olmadıqlarını açıqlayıb. Qurbanov iyulun 1-i və 8-də görüşəcəkləri rəqiblə bağlı araşdırmalar aparmaq niyyətindədir: “Etiraf edim ki, Andorra, Farer adaları kimi ölkələrin klubları digərlərinə qarşı bir qədər zəif görünürdü. Onlarla oynamaq daha asan olardı. Amma, istənilən halda, rəqibin ciddiliyini qəbul etmək lazımdır. Makedoniya son illərdə yüksəlişdədir. Millimizlə son oyunda göstərdikləri futbol onların səviyyəsindən xəbər verir. Hələ də rəqiblə bağlı tam araşdırma aparmamışıq. Amma bildiyimə görə, gənc komanda olmaqla yanaşı, millidə də bir neçə futbolçuları var”.
Mənbə: qarabagh.com

0
0