Zaur Ramazanov üçün yeni nömrə
21.06.2010 - 17:25
Zaur Ramazanov üçün yeni nömrə
Mövsümlərarası fasilədə heyətini gücləndirmək məqsədilə bir neçə futbolçu ilə anlaşan “Xəzər-Lənkəran” onların adlarını iştirak ərizəsinə daxil edib. Apasport.az saytının xəbərinə görə, əyalət təmsilçisinin son transferi olan Zaur Ramazanov əvvəllər də formasını geyindiyi komandada bu dəfə “20”-ni deyil, “9”-u geyinəcək.

“Ağ-yaşılar”ın gürcüstanlı yarımmüdafiəçisi David İmedaşvili isə qoşa ikiləri seçib – 22. Asif Məmmədov 17, Elnur Allahverdiyev isə kürəyində 4 rəqəmini daşıyacaq.