Uğursuz moldovalılar
21.06.2010 - 18:00
Uğursuz moldovalılar
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la qarşılaşacaq “Olimpiya” Azərbaycan təmsilçiləri ilə görüşən 5-ci Moldova klubu olacaq. Apasport.az saytının məlumatına görə, Avropada zəiflərdən sayılmasına baxmayaraq, Moldova komandaları indiyədək bütün duellərdə qalib gələn tərəf olub.

Elə “Xəzər-Lənkəran”ın özü də Moldova klublarının gücünə şahiddir. 2005/06 mövsümündə Ataki kəndinin “Nistru” klubu ilə qarşılaşan lənkəranlılar UEFA kubokunun hər iki matçında məğlub olmuşdu – 1:3, 1:2. Elə növbəti illərdə də komandalarımız bu ölkədən olan rəqibləri ilə bacarmayıb.

2005/06. UEFA kuboku
“Nistru” - “Xəzər-Lənkəran” – 3:1, 2:1

2006/07. İntertoto kuboku
“MKT-Araz” – “Tiraspol” – 1:0, 0:2

UEFA kuboku
“Zimbru” – “Qarabağ” – 1:1, 2:1

2007/08. İntertoto kuboku
“Bakı” – “Daçiya” – 0:0, 0:0, pen – 1:3