“Qarabağ”ın qismətinə düşən siftə
21.06.2010 - 23:20
“Qarabağ”ın qismətinə düşən siftə
Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Makedoniyanın “Metallurq” klubu zəngin tarixi ilə öyünə bilməz. Apasport.az saytının məlumatına görə, uzun illər Yuqoslaviyanın aşağı dəstələrində “sürünüb”, müstəqilliyin əldə olunması ilə güclülər dəstəsinə dəvət olunan skopyelilər elə 1992/93 mövsümünə təsadüf edən debüt ilində aşağı dəstəyə yuvarlanıb.

15 illik fasilədən sonra elitaya qayıdan “Metallurq” 2008/09 mövsümündə 9-cu, ötən il isə 3-cü yeri tutub. Tarixinin ən böyük uğuru olan bu bürünc medal komandanı Avropa Liqasına çıxarıb. Bu skopyelilərin avrokuboklarda debütü olacaq ki, məhz “siftə”ni qeyd etmək “Qarabağ”ın qismətinə düşüb.

Zikitsa Tasevskinin baş məşqçisi olduğu komanda əsasən makedoniyalı futbolçulardan təşkil olunub. Cəmi bir neçə legioneri olan “Metallurq” ev oyunlarını cəmi 3 min tamaşaçı tutan “Jelezarnitsa stadionunda keçirir.