Amansız polyaklar: Onlar bizə “dağ çəkib”
21.06.2010 - 23:11
Amansız polyaklar: Onlar bizə “dağ çəkib”
Avrokubokların püşkatması zamanı Bakının “İnter” klubunun bəxti gətirməyib. Apasport.az saytının məlumatına görə, Polşanın “Lex” komandası ilə görüşəcək ölkə çempionumuz çətin sınaq qarşısındadır. Kaxaber Sxadadzenin yetirmələri Polşa sindromunu qırmağa çalışacaq. Belə ki, bu ölkədən olan komandalar tarix boyu klublarımıza “dağ çəkib”.

Baş tutan 7 duelin hamısında mərhələni polşalıların keçməsi azmış kimi, 14 oyunda komandalarımızın qazancı cəmi 2 heç-heçə olub. 12 dəfə qalib gələn rəqiblərimiz 45, bizimkilər isə cəmi 7 qola sevinib. Ümumiyyətlə, Polşa klubları bir sıra antirekordlarımızın müəllifidir.

Avrokuboklar tarixində ən ağır məğlubiyyəti “Xəzri” məhz Polşa təmsilçisi – “Qutnik”dən alıb – 0:9. “Neftçi” müstəqillik tarixində ən biabırçı oyununu da “Vidzev”ə qarşı keçirib – 0:8. Bu həm də Çempionlar Liqasındakı ən acınacaqlı yenilgimizdir. Elə “Xəzər-Lənkəran”ın da tarixinin ən ağır məğlubiyyətinin müəllifi Polşa klubu “Lex” olub – 1:4. “MKT-Araz” isə dağılmasına müəyyən mənada təkan verən son matçını bu ölkənin “Qrotslin” klubuna qarşı keçirib.

1996/97, Kuboklar kuboku
“Qutnik” - “Xəzri” – 9:0, 2:2

1997/98, Çempionlar Liqası
“Neftçi” – “Vidzev” – 0:2, 0:8

1998/99, Çempionlar Liqası
LKS – “Kəpəz” – 4:1, 3:1

2000/01, İntertoto kuboku
“Zaqlebiye” – “Viləş” – 4:0, 3:1

2005/06, İntertoto kuboku
“Karvan” – “Lex” – 1:2, 0:2

2007/08, UEFA kuboku
“MKT-Araz” – “Qrotsin” – 0:0, 0:1

2008/09, UEFA kuboku
“Xəzər-Lənkəran” – “Lex” – 0:1, 1:4