Makedoniya klubları ilə 3-cü görüş
21.06.2010 - 19:01
Avropa Liqasının I təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşəcək “Metallurq” Azərbaycan komandaları ilə qarşılaşacaq 3-cü Makedoniya təmsilçisidir. Apasport.az saytının məlumatına görə, indiyədək iki ölkə klubları iki dəfə qüvvələrini sınayıb.
Əvvəlki görüşlərin hər ikisi Çempionlar Liqasına təsadüf edib. 1999/2000 mövsümündə “Kəpəz” “Sloqa Yuqomaqnat”la üz-üzə gəlib. Səfərdə 0:1 hesabı ilə uduzan gəncəlilər evdəki qarşılaşmada 2:1 hesabı ilə qalib gəlsə də, makedoniyalılar səfər qolu sayəsində mərhələ adlamağa nail oldu.
Maraqlıdır ki, iki ölkə klublarının növbəti duelində də səfər qolu həlledici oldu. 2008/09 mövsümündə “Rabotniçki” ilə Bakıda qolsuz heç-heçə edən “İnter” Skopyedə vurulan qolun (1:1) sayəsində makedoniyalıları arxada qoymağı bacardı.

0
0