88 yaşlı qoca
21.06.2010 - 18:46
Bakının “İnter” klubunun Çempionlar Liqasındakı rəqibi “Lex” zəngin tarixi ilə öyünə bilər. Apasport.az saytının məlumatına görə, gələn il 90 yaşını qeyd edəcək Poznan təmsilçisinin bütün uğurları daxili arenada reallaşıb. Tarixi ərzində 6 dəfə (1983, 1984, 1990, 1992, 1993 və 2010) ölkə çempionu olan “Lex” daha 4 dəfə mükafatçılar sırasına düşüb.
Poznanlılar 1949, 1950, 1978 və 2009-cu illərdə bürünc mükafata sevinib. Polşa kubokunun finalına 6 dəfə vəsiqə qazanan “İnter”in rəqibi 1982, 1984, 1988, 2004 və 2009-cu illərdə fəxri mükafatı başı üzərinə qaldırıb. 30 il əvvəl isə onlar həlledici görüşdə uduzublar. Bundan başqa, 1990, 1992, 2004 və 2009-cu illərdə Polşa Superkuboku “Lex”ə qismət olub.
Avrokuboklarda isə poznanlılar uzun illər “qapazaltı” olublar. 1982-ci qitə səhnəsinə çıxan polşalılar ilk 11 cəhddə ən yaxşı halda, bir mərhələ adlayırdı. 5 dəfə ilk dueldə, 6 dəfə isə ikinci rəqiblə görüşdə mübarizəni dayandıran “Lex” 2008/09 mövsümündə tarixinin ən yaxşı nəticəsini qazandı. “Xəzər-Lənkəran” üzərində qazanılan qələbələrlə başlanan yol UEFA kubokunun qrup mərhələsinə, oradan da 1/16 finaladək davam etdi. Bundan artığını bacarmayan Poznan təmsilçisi son mövsümdə elə təsnifat mərhələsində dayandı.
Baş məşqçisi Yatsek Zelinski olan “Lex” ev oyunlarını “Miyejski” stadionunda keçirir.

0
0