“Xəzər-Lənkəran” Hollandiyadan futbolçu gətirir
21.06.2010 - 23:16
“Xəzər-Lənkəran” Hollandiyadan futbolçu gətirir
Azərbaycanı Avroliqada təmsil edəcək “Xəzər-Lənkəran” yeni legionerlərin yolunu gözləyir. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, klubun düşərgəsinə Hollandiyadan futbolçular gələcək. O bildirib ki, müqavilə bağladıqları gürcü müdafiəçi Davit İmedaşvili istisna olmaqla, qalan legionerləri bəyənməyiblər.

“Hollandiyadan gələcək futbolçuların adları yadımda qalmayıb. Onu deyə bilərəm ki, hücumçulardır. Bizim iyunun 30-a kimi vaxtımız var. Hələ iyunun 23-də yoxlama oyunu keçirəcəyik. Yeni legionerləri həmin görüşdə sınamaq fikrindəyik” – deyə Mircavadov bildirib.

Qeyd edək ki, iyunun 23-də Avstriyanın yüksək liqa təmsilçisi “Mattersbirq” klubu ilə yoxlama oyunu keçirəcək “Xəzər-Lənkəran” bundan sonra vətənə dönəcək.