“Olimpik-Şüvəlan”ın da rəqibləri müəyyənləşdi
21.06.2010 - 23:07
“İyunun 15-də bir araya gəldik. İki gün tibbi müayinədən keçdikdən sonra hazırlığa başladıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
Qarşısına iddialı komanda yaratmaq tapşırığı qoyulan mütəxəssis artıq əməli işə başlayıb. Məşq prosesi ilə yanaşı, seleksiya işlərinə də nəzarət edən Süleymanov hələlik yerli, perspektivli oyunçuları sınaqdan keçirir: “İyunun 18-dən 20-dən Novxanıda fiziki hazırlıq üzrə məşq keçdik. Dünəndən isə topla məşqlərə başlamışıq. Hələ gündə bir dəfə meydana çıxırıq. Bir həftədən sonra toplanışa yığışacağıq. Onda hazırlığımızı gündə 2 dəfə yüksəldəcəyik. Hələ ki, bəzi yerli oyunçuları sınayırıq. Onlardan Yasin Abbasov, Nicat Tağıyev, Mikayıl Rəhimov, Emil Hüseynov özlərini göstərməyə çalışırlar”.
Süleymanov yoxlama oyunları ilə bağlı iki rəqiblə artıq razılaşdıqlarını bildirib: “İyunun 25-də U-19-la qarşılaşacağıq. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Ertəsi gün Premyer Liqanın debütantı olan MOİK-lə üz-üzə gələcəyik. Rumıniya, Serbiya, Albaniya, Fransa və Xorvatiyadan oyunçular dəvət etmişik. Legionerlər də həmin oyunlara qədər gələcəklər. Komanda ilə müqaviləsi olan Marko Bunyevçeviç də hazırlıq prosesində iştirak edir”.

0
0