“Lex” Bakıya gəldiyi üçün sevinir”
21.06.2010 - 23:25
“Püşkdən sonra “Lex” nümayəndələri ilə texniki məsələləri müzakirə etdik. Bu, stadion, hava limanı, otel, futbolçuların oyunlarda geyəcəkləri formaların rəngləri, görüşlərin başlama saatı kimi məsələlərdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində komandasını təmsil edən İsmayılovun sözlərinə görə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri olan Polşanın “Lex” klubunun nümayəndələri ilə söhbətdə oyunun başlanma saatı təxminən müəyyənləşib: “Polşalılar dedi ki, ev oyunlarını öz vaxtları ilə saat 19:00 və ya 20:00-a salacaqlar. Biz də belə fikirdə olduğumuzu diqqətə çatdırdıq. Ancaq dediyim kimi bu, təxmini vaxtdır və başlanma saatı sonradan dəqiqləşəcək. Polşalılarla texniki məsələləri müzakirə etdiyimizdən, burada şanslar haqda fikir mübadiləsi aparılmadı. “Lex” nümayəndələri özlərini bu cütdə favorit kimi aparmadılar. Sadəcə, onlar iki il öncə UEFA kubokunda “Xəzər-Lənkəran”la oynadıqları vaxtda Bakıya səfəri xatırladılar. Dedilər ki, Bakı, ölkəmiz onların xoşuna gəlib. Digər məsələlərlə bağlı fikir mübadiləsi, məsləhətləşmələr oldu. Misal üçün biz onlara şəhərimizdə olan beş, dörd, üç ulduzlu otellər haqda məlumat verdik və onlar da öz seçimlərini edəcək”.
Püşklə bağlı fikirlərini bildirən “İnter” rəsmisi bəxtlərinin gətirmədiyini gizlətmir: “Lex” istəmədiyimiz komandalardan idi. Bəlkə də bunlar arasında ən birincilərdəndir. Misal üçün, biz “Lex”, Avstriyanın “Zalsburq” klubunu istəmirdik. Son potensial rəqiblər arasında olan Polşa çempionu bizə rəqib oldu”.
Mehman SÜLEYMANOV

0
0