Zaur Məmmədov: Dünya futboldan pul qazanır, amma bizdə əksinədir
21.06.2010 - 23:09
“Hazırlığın birinci mərhələsinin Bakıda keçirəcəyik. İndi heyəti qururuq. Kimlərin qalıb, kimlərin gedəcəyi barədə gələn həftə məlum olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.
Klub rəhbəri transfer siyasətlərini tam dəyişdiklərini açıqlayıb: “Ancaq heyətə legioner futbolçu dəvət etməyi düşünmürük. Artıq siyasətimiz müəyyənləşib. Gənc və perspektivli uşaqlardan döyüşkən komanda yaratmağa çalışacağıq. Bu gün bütün dünya futboldan pul qazanır, amma biz əksinə xərcləyirik. Heyət tam formalaşdıqdan sonra, ola bilsin, Türkiyəyə bir həftəlik və ya 10 günlük təlim-məşq toplanışına yollanaq”.
Məmmədovun sözlərinə görə, o, baş məşqçi Qyoko Hacıyevskinin köməkçilərinin də yerli mütəxəssis olmasının tərəfdarıdır: “Köməkçiləri müəyyənləşdirməyi baş məşqçinin öhdəsinə buraxmışıq. Çünki onlarla o işləyəcək. Məqsədimiz odur ki, Hacıyevskidən həm futbolçularımız, həm də məşqçilərimiz nə isə öyrənsin. Sabah ehtiyac olanda baş məşqçi postunda onu əvəz edə bilsin. 1 illik müqavilə bağlamaqla iş bitmir”.
Qeyd edək ki, son mövsümdə “Simurq”un meydanda 11 legionerlə mübarizə apardığı vaxtlar da olub.

0
0