“Qalatasaray”ın hədəfinə düşən 4 futbolçu
22.06.2010 - 00:11
Hələlik transfer bazarının ən passiv klubu olan "Qalatasaray" "bomba" partlatmağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, İstanbul təmsilçisi 4 futbolçu ilə danışıqları davam etdirir.
"Qalatasaray" "Yuventus"un yarımmüdafiəçisi Kristian Poulseni transfer etmək üçün çalışmalara başlayıb. Ötən mövsüm Kristof Daumun israrla istədiyi danimarkalı oyunçu "Fənərbaxça"ya gəlməkdən imtina etmişdi. Lakin bu amil "Qalatasaray"ı narahat etmir. Çünki "Cim-Bom" Frank Raykaard amilindən yararlanaraq, danimarkalı futbolçunu razı salmağa çalışır. "Yuventus"da heyətə düşməkdə çətinlik çəkən və baş məşqçi Del Nerinin heyətdə saxlamağı düşünmədiyi Poulsen hazırda Danimarkayla dünya çempionatında iştirak edir.
Komanda ön libero mövqeyinə də futbolçu tapıb. İstanbullular Kamerun yığmasının oyunçusu Modeste MBamini heyətinə qatmağa hazırlaşır. "Almeriya"da maaşını ala bilmədiyi üçün müqaviləsi pozulacaq afrikalı futbolçuya 1 milyon avro ödəniləcək. Onunla artıq prinsipial anlaşma əldə edilib.
Bütün bunlarla bahəm, "Qalatasaray"ın Belçikanın "Anderlext" klubunda forma geyinən argentinalı mərkəz yarımmüdafiəçisi Lukas Biglia və çexiyalı yarımmüdafiəçi Yan Polakla da danışıqlara başladığı bildirilir.

0
0