Azərbaycan çempionundan ikinci qələbə
21.06.2010 - 22:33
Azərbaycan çempionundan ikinci qələbə
Bolqarıstanda yeni mövsüm hazırlıqlarnı davam etdirən Bakının "İnter" klubu təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, yerli "KİM Minyol" klubu ilə qarşılaşan Unibank Premyer Liqasının qalibi rəqibini 3:1 hesabı ilə məğlub edib. "İnter"in heyətində Danildo Assioli, David Odikadze və Baçana Sxadadze fərqləniblər.

Xatırladaq ki, "İnter" ilk yoxlama oyununda Bolqarıstanın "Pravets" klubunu 6:1 hesabı ilə məğlub etmişdi.