3 müxtəlif yığmada oynamış futbolçu “Neftçi”də - FOTO
22.06.2010 - 11:54
Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Azərbaycan yığmasının sabiq qapıçısı Rauf Mehdiyevi heyətinə cəlb edib.
Mehdiyevin məxsus olduğu Salyanın “Muğan” klubunun rəhbərliyi ilə danışıqlar müsbət nəticələndikdən sonra 34 yaşlı qapıçı ilə rəsmi müqavilə bağlanıb. Mehdiyev son klubu Yevlaxın “Karvan” klubu olub. O, mövsüm bitəndən sonra “Muğan”la anlaşmışdı.
Raufla birgə yığmamızda oynamış, hazırda klubsuz olan Zeynal Zeynalov da “Neftçi”nin məşqlərinə qatılıb. Öz xahişi ilə bunu edən 30 yaşlı yarımmüdafiəçinin fiziki formasını qorumaq üçün hazırlıqda iştirak etməsinə şərait yaradılıb. Onun “Neftçi”də qalıb-qalmayacağına baş məşqçi Arif Əsədov qərar verəcək.
Qeyd edək ki, vaxtilə üç müxtəlif yığmada – futbol, futzal və çimərlik futbolu yığmasında oynamış Zeynal 2007-ci ildə “Neftçi”də oynayıb. O, ötən mövsümü “Standard”da keçirib və Mehdiyev kimi komandası birinci diviziona düşəndən sonra sıralarını tərk edib.
Mənbə: neftchipfc.com

0
0