“Qızıl top” mükafatının qalibi Bakıya gələ bilər - FOTO
22.06.2010 - 12:44
“Qızıl top” mükafatının qalibi Bakıya gələ bilər - FOTO
Almaniya yığmasını Avro-2012-in seçmə mərhələsində Azərbaycan milli komandası ilə oyuna Mattias Zammer çıxara bilər. Apasport.az saytının məlumatına görə, Bundestim hazırda keçirilən dünya çempionatında 1/8 finala çıxa bilməzsə, baş məşqçi Yoahum Löv postundan gedəcək. Onu bu vəzifədə məhz Zammerin əvəzləyəcəyi Almaniyada heç kimdə şübhə doğurmur. 43 yaşlı mütəxəssis hazırda Almaniya Futbol İttifaqında idman direktoru postunda çalışır.

Maraqlıdır ki, Zammer yığmamızın baş məşqçisi olan həmyerlisi Berti Foqtsa çox yaxşı tanışdır. Məsələ ondadır ki, keçmiş müdafiəçi 1996-cı ildə Foqtsun rəhbərliyi altında yığmasının heyətində Avropa çempionu olub. Mattias həmin il Avropanın ən yaxşı futbolçusu seçilərək, “Qızıl top” mükafatını qazanıb.

Qeyd edək ki, almanlar növbəti seçmə mərhələyə açılış oyununu sentyabrın 7-də evdə yığmamızla keçirəcək.