“Bakı” olimpiya çempionu ilə güclənir
22.06.2010 - 13:22
“Bakı” olimpiya çempionu ilə güclənir
Kamerun milli komandasının futbolçusu Joel Epalle karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçinin “Bakı” klubuna keçidi artıq həll olunmaq üzrədir.

Almaniya mətbuatı həmyerliləri Vinfred Şaferin Kamerun yığmasından yaxşı tanıdığı futbolçunu yeni klubuna gətirəcəyini iddia edir. 1995-ci ildən çıxış etdiyi millidə 38 oyuna 5 qol vuran Epalle 2000-ci il Sidney Olimpiadasının çempionu olub.

Son klubu “Bohum”da 10 nömrəli formanı geyinən Joel bunadək Yunanıstanda “Etnikos”, “Panaxaiki”, “Panatinaikos”, “Aris”, “İraklis”də oynayıb. O, 2003/04 mövsümündə “Panatinaikos”la Yunanıstanda “qızıl dubl” edib. 3 il şərəfini qoruduğu son klubunda isə 92 matça 8 qol vurub.