“İnter”dən beşinci qələbə
05.07.2010 - 23:04
Yeni mövsümə hazırlıqları davam etdirən Bakının “İnter” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Plovdivin “Lokomotiv” komandası ilə qarşılaşıb.
Azərbaycan çempionu Plovdiv təmsilçisinə qalib gələ bilib. Bakılılar oyunun 68-ci dəqiqəsində Petar Zlatinovun vurduğu qolla meydanı qalib tərk edib – 1:0. Bu, paytaxt təmsilçisinin Bolqarıstandakı 5-ci qələbəsi olub.
Qeyd edək ki, plovdivlilərlə görüş “İnter”in toplanışda keçirdiyi 7-ci qarşılaşma olub. Bunadək “Pravets” (6:1), “KOM Minyor” (3:1), “Botev” (2:1), MOİK (1:0) üzərində qələbələri sıralayan bakılılar son iki matçda “Vidima-Rakovski” ilə heç-heçə (2:2) edib, “Eter”ə (1:2) məğlub olmuşdu.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0