“Əgər deyilən futbolçular transfer edilərsə, ilk 4 yer uğrunda mübarizə aparacağıq”
05.07.2010 - 23:11
“Bir neçə gündür komanda ilə birgə məşq etsəm də, hələlik müqavilə imzalamamışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubuna keçidi gündəmdə olan Azərbaycan yığmasının sabiq futbolçusu Ramal Hüseynov deyib.
Komandaya yeni sponsorun gəlməsini gözləyən Hüseynov klub rəhbərliyi ilə ilkin razılığa gəlib: “Komandaya yeni sponsor cəlb olunasıdır. Onun gəlişini gözləyirik. Komanda ilə birgə məşq edirəm. Demək olar ki, razılıq əldə olunub. Sponsorun gəlişindən sonra müqavilə rəsmiləşəcək. Həmçinin, komandanın hazırlıq planı məlum olacaq”.
Komandada daxili ab-havanın yaxşı olduğunu deyən yarımmüdafiəçi klub rəhbərliyinin diqqətindən məmnunluğunu dilə gətirib: “Klub rəhbərliyi futbolçular üçün hər şərait yaradıb. Çalışırlar ki, heç bir problem olmasın. Məşqləri yaxından izləyirlər. Bütün günü komandanın içindədirlər”.
“Gəncə”nin yeni mövsümdəki şanslarını dəyərləndirən Hüseynov heyətə güclü futbolçuların cəlb olunduğunu bildirib: “Heç bir adaptasiya problemim yoxdur. Uşaqların çoxu ilə birgə futbol oynamışam. Komandaya təcrübəli məşqçi rəhbərlik edir. Əsas məqsədimiz ilk “altılığ”a vəsiqə qazanmaqdır. Bu heyətlə məqsədimizə çatacağımızı düşünürəm. Əgər deyilən futbolçular transfer edilərsə, yəqin ki, ilk 4 uğrunda mübarizə aparacağıq”.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0