0:0 hesabı “Xəzər-Lənkəran” üçün nə vəd edir? - ARAŞDIRMA
07.07.2010 - 16:57
Azərbaycan klubları üçün 1994-cü ildən iştirak etdikləri qitə miqyaslı oyunlarda qeydə alınan 0:0 hesabı tanış nəticədir. Avroliqanın I təsnifat mərhələsində Moldovada “Olimpiya” ilə qolsuz heç-heçə edən “Xəzər-Lənkəran” da belə komandalarımız sırasında yer aldı. Maraqlıdır, ilk görüşdə 0:0 hesabı bizə nə dərəcədə düşərlidir? Avrokubok tarixinə nəzərə salıb, bununla bağlı araşdırma apardıq.
Əvvəla, onu deyək ki, belə nəticə daha çox səfər komandasına sərfəlidir. O mənada ki, cavab görüşündə qonaqlar istənilən qollu heç-heçə ilə növbəti mərhələyə keçir. Bu səbəbdən, meydan sahiblərinə yalnız qələbə qazanmaq qalır. İlk vaxtlar rəqiblərimiz məhz buna nail olmaqla, klublarımızı mübarizədən kənarlaşdırdı.
İlk dəfə belə aqibətlə “Neftçi” üzləşdi. Bakılılara Tofiq Bəhramov adına Respublika stadionunda iki müxtəlif turnirdə etdiyi qolsuz bərabərliklər yetərli olmadı. Flaqman “Hit-Qoritsa” ilə Sloveniyada, MOİK-lə Rusiyadakı səfər oyunlarından məğlubiyyətlə döndü.
Növbəti iki belə heç-heçə yenə UEFA kuboku və Çempionlar Liqasının təsnifat mərhələsində, yenə Respublika stadionunda qeydə alınsa da, artıq iştirakçı “Neftçi” yox, başqa təmsilçilərimiz idi.
“MKT-Araz” da “Neftçi” kimi 0:0-dan sonra səfərdən qol vurmadan məğlubiyyətlə qayıtdı. Özü də Polşadakı oyunda həmin vaxt İmişli klubunda oynayan moldovalı hücumçu Anatoli Doroş qırmızı vərəqə aldı və rəqib bundan sonra, axırıncı dəqiqələrdə qələbə topunu vurdu.
Nəhayət, 0:0-la bağlı tilsimi “İnter” qırdı. Özü də “bankirlər” bunu avrokuboklarda debüt mövsümündə reallaşdırdı. Makedoniyanın “Rabotniçki” klubu ilə görüşdə qol buraxan paytaxt təmsilçisi çexiyalı legioneri Bronislav Çervenkanın oyunun sonuna yaxın vurduğu qolla hesabı bərabərləşdirə bildi. Həmin 1:1 hesabı bizə sərf edirdi və çempionumuz səfərdə vurduğu qol sayəsində mərhələ adladı.
Klublarımızın ilk dəfə birinci oyunda səfərdə 0:0 hesabına nail olması yalnız ötən il baş verdi. “Qarabağ” çoxlarının gözləmədiyi halda “Rusenborq” kimi güclü rəqiblə səfər görüşündə yenilmədi. Norveçdə əldə edilən bu nəticənin davamı Bakıda qələbə ilə gəldi. Rəşad Sadıqovun ilk hissənin sonunda cərimə zərbəsindən vurduğu gözəl qol futbolumuza tarixi qələbə qazanırdı. İndi “Xəzər-Lənkəran”a “Qarabağ”a yolu ilə getmək qalır. Yəni, hər şey komandamızın öz əlindədir və mərhələ keçmək üçün istənilən hesablı qələbə qazanmaq yetərlidir. Avrokubok oyununun ilk dəfə Lənkəranda keçirilməsi isə motivasiyanı daha da artırır.
Göründüyü kimi, ilk oyunda 0:0 hesabı bizə əvvəl düşərli deyildisə, indi bunun tam əksinədir. Son iki ildə “İnter”lə “Qarabağ” qolsuz bərabərlik sınağından üzüağ çıxdı. Necə deyərlər, atalar üçdən deyib və növbə “Xəzər-Lənkəran”ındır!
Əslində, sabah Avroliqada digər təmsilçimiz olan “Qarabağ” da cavab görüşünə çıxacaq. Ağdamlıların ilk oyunda 4:1 hesablı qələbəsinə ona görə toxunmadıq ki, bu, böyük ehtimalla növbəti mərhələyə çıxmağımız deməkdir. Sadəcə, indiyə kimi bu hesabla bir dəfə qalib gəlmişdik və onda “Şəmkir”in Latviyanın “Skonto” klubu üzərində Bakıdakı həmin qələbəsi ilk yox, cavab görüşündə qeydə alınıb.
Azərbaycan klublarının avrokuboklarda 0:0 hesablı nəticələnən ilk oyunları
2001/02 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
İlk oyun
Bakı. “Neftçi” – “Hit-Qoritsa” (Sloveniya) – 0:0
Cavab görüşü
Nova Qoritsa. “Hit-Qoritsa” – “Neftçi” – 1:0
2004/05 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
Bakı. “Neftçi” – MOİK (Rusiya) – 0:0
Cavab görüşü
Moskva. MOİK – “Neftçi” – 2:0
2007/08 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
İlk oyun
Bakı. “MKT-Araz” – “Qrotslin” (Polşa) – 0:0
Cavab görüşü
Qrodzisk. “Qrotslin” – “MKT-Araz” – 1:0
2008/09 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
İlk oyun
Bakı. “İnter” – “Rabotniçki” (Makedoniya) – 0:0
Cavab görüşü
Skopye. “Rabotniçki” – “İnter” – 1:1
Qol: Bronislav Çervenka
2009/10 mövsümü
Avroliqa, I təsnifat mərhələsi
İlk oyunu
Tromse. “Rusenborq” (Norveç) – “Qarabağ” – 0:0
Cavab görüşü
Bakı. “Qarabağ” – “Rusenborq” – 1:0
Rəşad Sadıqov
2010/11 mövsümü
Avroliqa, I təsnifat mərhələsi
İlk oyun
Kişinyov. “Olimpiya” (Moldova) – “Xəzər-Lənkəran” – 0:0
Cavab görüşü
Lənkəran. “Xəzər-Lənkəran” – “Olimpiya” - ???
Mehman SÜLEYMANOV

0
0