“Neftçi” klubu İqor Mitrevski ilə iki illik müqavilə imzaladı
10.07.2010 - 09:51
Makedoniya yığmasının kapitanı İqor Mitrevskinin Bakının “Neftçi” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, flaqman 31 yaşlı müdafiəçi ilə iki illik müqavilə bağlayıb.
Mitrevski artıq “Neftçi”nin Avstriyadakı hazırlıq prosesinə qatılıb. O, iki ay elə bu məkanda yığmamızla yoldaşlıq görüşündə iştirak edib. Uzun illər Moskva “Spartak”ında, daha sonra Almaniyada “Enerji” klubunda çıxış edən İqor bu il Sofiya MOİK-ində forma geyirdi.
Qeyd edək ki, Mitrevski “Neftçi”nin heyətində ikinci makedoniyalı futbolçu oldu. Buna qədər digər yığma üzvü – yarımmüdafiəçi Slavko Georgiyevski ilə müqavilə bağlanılmışdı.

0
0