Bakıya gələn futbolçu dünya rekordu vurdu
10.07.2010 - 11:00
Ötən yay Avroliqada “Qarabağ”a qarşı oynayan Norveçin “Rusenborq” klubunun futbolçusu Roar Strand dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı norveçli yarımmüdafiəçi ölkə çempionatında vurduğu qolla dünya futbolu tarixində ardıcıl 21 milli birincilikdə rəqib qapısına yol tapan ilk futbolçu olub.
Bununla da Strand “Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqzin rekordunu qırıb. Yığmamıza qol vuran 37 yaşlı uelsli futbolçu İngiltərədə dalbadal 20 çempionatdır qol vurur. 1989-cu ildən “Rusenborq”da oynayan Roar 600-dan artıq oyun keçirib.
Qeyd edək ki, Strandın komandası ötən yay Avroliqanın II təsnifat mərhələsində “Qarabağ”la qolsuz heç-heçə edib, səfərdə 0:1 hesabı ilə uduzub və gözlənilmədən mübarizəni dayandırıb.

0
0