“İnter”, “Bakı” və “Qarabağ” rəqiblərini iyulun 16-da biləcək
10.07.2010 - 11:15
“İnter”, “Bakı” və “Qarabağ” rəqiblərini iyulun 16-da biləcək
İyulun 16-da Çempionlar Liqası və Avroliqanın III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək mərasim ənənəvi olaraq cümə günü keçiriləcək.

Sadəcə, fərq ondadır ki, bu dəfə komandalar II mərhələ oyunları başa çatmamış, yəni yalnız ilk görüşlərdən sonra rəqiblərini biləcək. Təbii ki, bunun üçün klublarımız – ÇL-də “İnter” Polşa “Lex”ini, Avroliqada “Qarabağ” Şimali İrlandiya “Portadaun”unu, “Bakı” Çernoqoriya “Buduçnost”unu yenməlidir.

ÇL-in püşkü Bakı vaxtilə 15:00, Avroliqada 16:30-da başlayacaq. Hər iki püşkü UEFA-nın baş katibi Canni İnfantino, Yarışlar üzrə direktoru Corcio Marketti keçirəcək.

Qeyd edək ki, cari mövsümdə avrokubok təmsilçilərimizdən “Xəzər-Lənkəran” Moldovanın “Olimpiya” klubuna uduzduğu üçün mübarizəni dayandırıb.