UEFA “Portadaun” – “Qarabağ” oyunu ilə bağlı nə vaxt qərar verib?
10.07.2010 - 15:10
Ağdamın “Qarabağ” klubunun Avroliqanın II təsnifat mərhələsində ilk oyununu səfərdə keçirəcəyi ötən ay UEFA-da həll olunub. Apasport.az saytının məlumatına görə, komandamızın növbəti mərhələ çıxacağı halda, birinci görüşünü rəqib meydanında keçirilməsi iyunun 21-də qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində müəyyənləşib.
Əslində, həmin vaxt “Qarabağ”ın Makedoniyanın “Metallurq”la öncə evdə yox, səfərdə görüşməsi gündəmdə olub. Sadəcə, bu ölkənin Avroliqada digər təmsilçisi də rəqibini Skopyedəki stadionda qəbul etməli olduğundan, yəni üst-üstə düşdüyündən, “Metallurq” səfərə birinci çıxıb. Ancaq “Qarabağ” II mərhələyə çıxacağı halda, bu dəfə əvvəl səfərdə oynayacağı haqda həmin vaxt məlumatlanıb.
Üstəlik, “Bakı” da iyulun 15-də Çernoqoriyanın “Buduçnost”la Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcəyindən, dəyişiklik ən optimal variant idi. Sadəcə, UEFA I mərhələ oyunları başa çatandan sonra “Qarabağ”ın Şimali İrlandiyanın “Portadaun” klubu ilə ilk görüşünü yeri haqda qərarını rəsmən açıqlayıb.

0
0