İlqar Qurbanov üçün “Mercedes”
12.07.2010 - 17:00
Azərbaycan milli komandasının sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyra “Mersedes” avtomobili qazana bilərlər. Apasport.az saytının məlumatına görə, bu oyunçuların çıxış etdiyi Türkiyənin “Mersin İdman Yurdu” klubu futbolçularına mükafat vəd edib.
Aşağı dəstə təmsilçisinin prezidenti Ali Kahramanlı Superliqaya Bank Asiya I Liqanın çempionu kimi çaxacaqları halda simiclik etməyəcəklərini açıqlayıb: “Bu il komandanı Superlıqaya çıxarmaq istəyirik. Bunu etməyə məcburuq. İstəyimizə çatarsaq, mənim prezident olub-olmamağımın heç bir əhəmiyyəti yoxdur. Uğur qazanmaq üçün baza, aşağı yaş qruplarından ibarət komandalarla birgə işləyirik. Əgər çempion olsaq, hər futbolçuya “Mercedes” markalı maşın verəcəyik”.
Qarşıdakı planları da açıqlayan Kahramanlı heyətdə islahatlar baş verəcəyini bildirib: “Biz çox sürətlə hərəkət edərək transferləri başa vurduq. İyulun 26-dan Avstriyada başlayacaq təlim-məşq toplanışına qədər heyətdə yer alan 35 futbolçudan 10 nəfəri ilə yollarımız ayrılacaq. Ötən ilki heyətin sütununu saxlamışıq. Bu mövsüm “Mersin İdman Yurdu”nun olacaq. Hər mövqeyə 4 futbolçumuz var. Bu, güclü rəqabətə səbəb olacaq. Ötən mövsüm buraxdığımız səhvləri təkrarlamaq niyyətində deyilik”.

0
0