“Gəncə” klubu “Mancester Yunayted”in yetirməsini baxışa çağırıb
12.07.2010 - 17:19
“Gəncə” klubu Böyük Britaniyalı hücumçunu heyətinə cəlb edib. Klubdan APA-nın Qərb bürosuna verilən məlumata görə, ingilis futbolşu Mark Redşau hazırda Gəncədədir və artıq klubun məşqlərinə qatılıb.
Mark Redşau peşəkar karyerasına məşhur ingilis futbol klubu "Mançester Yunayted"in (1992-2000 illərdə) uşaqlardan ibarət komandasında başlayıb. 26 yaşlı hücumçu "Gəncə" klubuna Yunanıstanın "Etnikos Pirey" komandasından gəlib.
Karyerasının əsas hissəsini Böyük Britaniyada keçirən hücumçu 2007-2008-ci illər mövsümündə Avstraliyanın "Stirlinq Lions" klubunda çıxış edib və komandanın heyətində 11 oyunda 10 qol vurub.
Buna qədər Redşau ABŞ-ın məşhur "Los Anceles Qalaksi" (2006), İtaliyanın "Triestina" (2005-2006), Uelsin "Kaernarfon Toun" (2004-2005) klublarının şərəfini qoruyub. Hücumçu 2003-2004-cü illər mövsümünü "Mançester Siti"də keçirib.

0
0