“Muğan” bosniyalı müdafiəçi ilə anlaşdı
12.07.2010 - 17:35
Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Muğan” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Salyan klubu bosniyalı İliya Prodanoviçlə rəsmi müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi 1 il “Muğan”ın şərəfini qoruyacaq.
Karyerasının böyük hissəsini ölkəsində keçirən Prodanoviçin son komandası “Sloboda Tuzla” olsa da, futbolçu axırıncı mövsümü icarə əsasında “NK Zvijezda Gradacac”də oynayıb. İliya 2009-cu ildə Bosniya yığmasına da çağırılıb və 1 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, İliya yeni mövsüm üçün Nikolay Valevdən sonra “Muğan”ın müqavilə imzaladığı ikinci legionerdir.

0
0