“Lex”in qapıçısı: Bakıda isti havanı problemə çevirmək lazım deyil
13.07.2010 - 09:11
“İnter”in necə komanda olduğundan xəbərimiz var. Onların həm çempionat, həm də Bolqarıstan toplanışındakı qarşılaşmalarına baxmışıq. Bir sözlə, onların nəyə qadir olduğunu yaxşı bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Krşiştof Kotorovski deyib.
34 yaşlı qapıçı Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakının “İnter” klubu ilə keçiriləcək bugünkü matç ərəfəsində fikirlərini açıqlayıb: “Son iki gündə də “İnter” haqda məlumatları qavramaqda davam edirik. Biz rəqibə tam bələd olduğumuzdan, meydana məsuliyyət hissi ilə çıxacağıq. O ki, qaldı hava şəraitinə oyun başlayandan 20 dəqiqə sonra günəş tribunaların arxasına keçir. Buna görə də istini problemə çevirmək lazım deyil”.
Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Lex” oyunu saat 20:00-da başlayacaq.

0
0