Rəşad Sadıqov: Portadaunda meydana çıxacağım sual altındadır
13.07.2010 - 09:55
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Avropa Liqasının II mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Komanda təlim-məşq toplanışına yığışıb. Çətin oyun olacaq. Ciddi hazırlaşırıq. İnşallah, sərfəli nəticə qazanarıq.
- Vaxtilə yığmanın heyətində Şimali İrlandiya yığmasına qarşı oynamısınız və bu ölkənin futboluna bələdsiniz. Bəs rəqib haqqında necə, məlumat toplamısınızmı?
- Rəqibin oyununu izləyib tanış olsan da, meydanda nələrin baş verəcəyini, hansı sürprizlərlə qarşılaşacağını bilmirsən. “Portadaun” haqqında müəyyən məlumat toplamışıq. Müdafiədə yaxşı oynayırlar. Hücum və hücuma meylli yarımmüdafiəçiləri təhlükəlidir. Demək olar ki, oyunu onların üzərində qururlar. Meydanda oyun intizamını heç vaxt pozmurlar. Bir-birinə yaxın oynayırlar. Əks hücumda da təhlükəli olurlar.
- Bəs “Qarabağ” rəqibi zərərsizləşdirmək üçün hansı tədbirlərə əl atacaq?
- Bizim də öz planımız, taktiki gedişlərimiz var. Səbirli oynayıb nəticəyə üstünlük verməliyik.
- Yenə müdafiədən oynayacaqsınız?
- Bunu oyun gücü biləcəyik. Ancaq sırf müdafiəyə çəkiləcəyimizi düşünmürəm. Lazım olanda ağıllı şəkildə hücuma çıxıb qol vurmağa da çalışacağıq. Yəni hansı taktikaya üstünlük verəcəyimiz oyun günü konkretləşəcək.
- Komanda üzvlərində yol yorğunluğu hiss olunurmu?
- Makedoniyadan təxminən 1 sutkaya gəldik. İndi də Portadauna gedirik. Bu, haradasa yorğunluq yarada bilər. Ancaq elə ciddi problem olmayacaq.
- Heyətdə zədəli və cəzalı futbolçular var. Onların yoxluğu problem yaradacaqmı?
- Hələ özümün meydana çıxacağım sual altındadır. 3 gündür komandanın məşqlərində iştirak etmirəm. Belimdə ağrılar var. Bunu “Metallurq”la oyunda hiss etdim. İndi həkim nəzarəti altında fərdi şəkildə məşq edirəm.

0
0