Vaqif Cavadov “Xetafe”yə qarşı: cəmi 10 avroya
13.07.2010 - 10:36
Vaqif Cavadov “Xetafe”yə qarşı: cəmi 10 avroya
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasına hazırlaşan Enshede təmsilçisi İspaniyanın “Xetafe” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Avropa Liqasında oynayacaq ispaniyalılar son ölkə çempionatında 6-cı yeri tutublar.

İyulun 27-də baş tutacaq oyunun biletləri artıq bu gündən satışa da çıxarılıb. Vaqif və komandasının “Xetafe”yə qarşı oyununu izləmək istəyənlər 10 avrodan keçməli olacaq. Lakin bu hamıya aid deyil. 65 yaşdan yuxarı və 16 yaşdan aşağı olanlar üçün biletlər 4 avroyadır.

Qeyd edək ki, Mariemberq şəhərindəki oyun bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.