Kaxaber Sxadadze: Levandovskinin gedişinin müəyyən təsiri olacaq
13.07.2010 - 10:49
l“Lex”lə oyunun gərgin və maraqlı keçəcəyini gözləyirəm. Rəqib haqda çox məlumat toplamış, bir neçə yoxlama oyununu da izləmişik. Hansısa futbolçusunu fərqləndirmək istəmirəm. Onu deyə bilərəm ki, “Lex”də güclü futbolçular yer alıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri son Azərbaycan çempionu olan Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Çempionlar Liqasında hər sınağı çətin hesab edən gürcü çalışdırıcı Polşanın “Lex” klubu ilə Bakıdakı oyunu asan saymır. Hər iki komandanın son anda heyətlə bağlı dəyişikliklər edəcəyini düşünən Sxadadzenin fikrincə, yoldaşlıq görüşləri qəti fikir yürütməyə əsas vermir: “Təbii ki, belə oyunlarla rəqibi təhlil etmək çətindir. Yoldaşlıq görüşləri tam mənzərəni yaratmır. Onlar Çempionlar Liqası oyunlarından çox fərqlənir. Amma ötən illə müqayisədə “Lex”in əsas hücumçusu Robert Levandovskinin gedişinin müəyyən təsiri olacaq”.
“İnter”in baş məşqçisi Polşa klublarının statistika üzrə komandalarımızla beynəlxalq oyunlarda aşkar üstünlüyə malik olmasından narahat deyil. O, keçmişə yox, gələcəyə baxmağı düzgün sayır: “Bolqarıstandakı təlim-məşq toplanışında futbolçularımızı həmişə olduğu kimi, yüklədim. Ancaq bundan sonra onlara iki günlük istirahət verdim. Hesab edirəm ki, yetirmələrim yaxşı istirahət edərək, “Lex”lə oyuna tam hazırdırlar. Hər bir məşqçi cütün taleyini elə ilk oyunda həll etməyi fikirləşir”.
Qeyd edık ki, Levandovski “Lex”də debüt oyununda qolu iki il öncə UEFA kubokunda “Xəzər-Lənkəran”lə Tofiq Bəhramov adına Respublika stadionunda oyunda (1:0) vurub.

0
0