Apasport.az saytının məlumatına görə, planetin ən güclü 60 çempionatında 20 və daha çox qol vuranların cədvəlini tərtib edən İFFHS artıq 40 ölkə ilə bağlı göstəriciləri yekunlaşdırıb. 39 oyunçunun daxil olduğu siyahıya cənubi amerikalılar başçılıq edirlər. Luis Suaresin I, Lionel Messinin II olduğu cədvələ cəmi 39 futbolçu daxil olub.
Qeyd edək ki, Azərbaycan çempionatı dünyanın ən güclü 60 liqası sırasına daxil deyil.
Yer | Futbolçu | Klubu | Vətəndaşlığı | Qol | Oyun |
1 | Luis Suares | “Ayaks” (Hollandiya) | Uruqvay | 35 | 33 |
2 | Lionel Messi | “Barselona” (İspaniya) | Argentina | 34 | 35 |
3 | Seydu Dumbia | “Yanq Boyz” (İsveçrə) | Kot d’ivuar | 30 | 31 |
4 | Didye Droqba | “Çelsi” (İngiltərə) | Kot d’ivuar | 29 | 32 |
5 | Antonio di Natale | “Udineze” (İtaliya) | İtaliya | 29 | 35 |
6 | Şlomi Arbeytman | “Makkabi” (Hayfa, İsrail) | İsrail | 28 | 34 |
7 | Qonzalo İquayn | “Real” (Madrid, İspaniya) | Argentina | 27 | 32 |
8-9 | Kriştiano Ronaldo | “Real” (Madrid, İspaniya) | Portuqaliya | 26 | 29 |
8-9 | Oskar Kardoso | “Sportinq” (Portuqaliya) | Paraqvay | 26 | 29 |
10 | Aquino Anderson | “Olimpi” (Gürcüstan) | Braziliya | 26 | 31 |