Quliyev “Çaykur Rizespor”da baxışdadır
13.07.2010 - 12:03
Quliyev “Çaykur Rizespor”da baxışdadır
Bank Asiya Liqasında daha bir həmyerlimiz peyda ola bilər. Apasport.az saytının məlumatına görə, Türkiyənin I liqasında mübarizə aparan “Çaykur Rizespor” komandası Azərbaycan əsilli Hollandiya vətəndaşı İnam Quliyevi baxışa çağırıb.

Klubun baş məşqçisi Ümid Kayıhan bu futbolçu ilə bağlı son qərarın tezliklə veriləcəyini və onun böyük ehtimalla komandada qalacağını bildirib.

Qeyd edək ki, 1989-cu il (12 dekabr) təvəllüdlü Quliyev sağ cinah yarımmüdafiəçisidir.