“Qarabağ” Andrey Rubini Avroliqaya sifariş edə bilməyib
13.07.2010 - 12:24
“Qarabağ” Avroliqanın II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə oyunlarda Andrey Rubinin xidmətindən istifadə edə bilməyəcək.
Klubun direktoru Əmrah Çəlikəl apasport.az saytına açıqlamasında son günlərdə hazırlıq prosesinə qatılan latviyalı futbolçunu sifariş edə bilmədiklərini bildirib. Buna Rubinin son klubu olan “İnter”lə problemi edə bilməməsi təsir edib: “Rubinin transfer vərəqəsini almasını gözləyirik. Ancaq “İnter”ə bağlılığı qaldığından, onunla rəsmi müqavilə imzalaya bilmirik. Bu səbəbdən Andreyin adını UEFA-dakı iştirak ərizəmizə daxil etmək qeyri-mümkündür. Latviyalı futbolçu “İnter”lə problemini özü həll etməlidir. Avroliqada bizə kömək edə bilmədiyindən, onu Şimali İrlandiyaya aparmağa lüzum görmürük. Belə olan halda Rubin Bakıda qalıb, qayıdışımızı gözləyəcək. Legioner həmin vaxta problemini həll etməlidir”.
Çəlikəl albaniyalı futbolçuları - Admir Teli ilə Ansi Aqollini yenə burda saxlamaq fikrində olduqlarını söyləyib: “Bildiyiniz kimi, “Metallurq”la oyunda qırmızı vərəqə alan Admirin iki oyunluq cəzası bitməyib. Ansi isə hələ də zədəsini sağaltmayıb. Rəşad Kərimovla Ayxan Abbasovda da zədə problemi var. Bakıda bir məşqçimizi saxlayıb, burada qalanlara məşq keçməsini nəzərdə tutmuşuq. Keçən dəfə Elçin Rəhmanov qalmışdısa, bu dəfə Müşfiq Hüseynovu saxlamaq fikrindəyik. Düzdür, Böyük Britaniya səfirliyindən müraciətimizə hələ cavab almadığımızdan, hansı futbolçularımıza vizaların verildiyini deyə bilmərəm. Əgər hamıya viza verilsə, oynamayanları da səfərə aparıb, orada komanda ilə hazırlaşmalarına şərait yaradacağıq”.
Qeyd edək ki, Latviya yığmasının da üzvü olan Rubinin Şimali İrlandiyaya yollanmaqla bağlı viza problemi yoxdur.
Mehman SÜLEYMANOV

0
0